ŞOK ƏMƏLİYYAT: Həbs edilən Rasim kimdir?

Türkiyənin Adana şəhərində qanunsuz mərc oyunları, çirkli pulların yuyulması və ağır maliyyə cinayətləri ilə bağlı həyata keçirilən genişmiqyaslı əməliyyatda 21 vilayətdə 200 nəfər haqqında həbs qərarı verilib.

Referans Media  xəbər verir ki, əməliyyat çərçivəsində tanınmış televiziya şərhçisi və jurnalist Rasim Ozan Kütahyalı da İstanbuldakı evində saxlanılıb.

İstintaq materiallarına əsasən, cinayət şəbəkəsinin qanunsuz mərc, ixtisaslı fırıldaqçılıq, rüşvətxorluq və çirkli pulların yuyulması fəaliyyətləri ilə məşğul olduğu müəyyən edilib. Türkiyənin Maliyyə Cinayətləri Araşdırma Şurası – MASAK tərəfindən hazırlanan hesabatlarda təxminən 100 milyard türk lirəsi və 2 milyard dollarlıq şübhəli maliyyə dövriyyəsinin aşkarlandığı bildirilib.

Əməliyyat zamanı 3 bank rəhbəri, 8 polis əməkdaşı və 4 vəkil barədə də həbs qərarı çıxarılıb. Bundan başqa, 221 daşınmaz əmlak, 120 nəqliyyat vasitəsi və 3 qayıq müsadirə olunub.

Türkiyənin ədliyyə naziri Akın Gürlek əməliyyatı “qanunsuz mərc şəbəkələrinə ağır zərbə” adlandırıb.

Nazir bildirib ki, cinayətkar qrup xüsusi proqram təminatları və panel sistemləri quraraq qanunsuz mərc saytlarına maliyyə infrastrukturu yaradıb, elektron pul sistemləri, virtual POS-lar, kripto aktivlər və saxta şirkətlər vasitəsilə milyonlarla dollar vəsaiti dövriyyəyə buraxıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki