SON DƏQİQƏ: Odessa yaxınlığında dənizçilərimiz VURULDU

Ukraynanın Odessa limanı yaxınlığında "Albatros Corporation" şirkətinə məxsus "ATA-2" (IMO 9387669) quru yük gəmisinə bu gün səhər saatlarında 3 dəfə dron hücumu edilib.

 Referans Media bildirir ki, bu barədə Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində gəmiyə ciddi ziyan dəyib. Hadisədən sonra gəmi Rumıniyanın Sulina limanına istiqamətlənib. Məlumata görə, gəmi heyəti 13 nəfərdən ibarət olub. Onlardan 12-si Azərbaycan, 1-i isə Türkiyə vətəndaşıdır. İctimai Birliyin xəbırinə əsasən, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Gəminin kapitanı Müşfiq Mahmudov bildirib ki, ekipaj təhlükəsiz şəkildə Rumıniyanın Sulina limanına çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki