image-icmeli-subackend

SON DƏQİQƏ: Suyun da qiyməti artırılacaq

Azərbaycanda kommunal xidmətlərlə bağlı tarif siyasəti yenidən müzakirə mövzusuna çevrilib. Son illər elektrik enerjisi və təbii qazın qiymətlərində baş verən artımlardan sonra bu dəfə su tariflərinin də yüksəldilə biləcəyi ehtimalları gündəmə gəlib. Maraqlıdır, suyun qiyməti artırıla bilərmi?

Referans Media xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, su istehlakına limitlərin tətbiqi məsələsi artıq müzakirə olunub və bu barədə cəmiyyətə də məlumat verilib. Onun sözlərinə görə, limitlərin müəyyənləşdirilməsi ilə yanaşı, qiymət artımının da baş verməsi ehtimalı yüksəkdir.

İqtisadçı xatırladıb ki, son bir il ərzində elektrik enerjisi və təbii qazın tariflərində artımlar olub, həmçinin sabit ödəniş mexanizmi tətbiq edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki