Su təchizatı kəsildi, insanlar qaçır: Tehranda nə baş verir?backend

Su təchizatı kəsildi, insanlar qaçır: Tehranda nə baş verir?

  Tehranda mərkəzi su təchizatı sıradan çıxıb.

Referans xəbər verir ki, səlahiyyətlilər bunun İsrail tərəfindən həyata keçirilən növbəti təxribat olduğunu iddia edirlər.

İsrail mediası bildirib ki, şəhərin şimalında lentə alınan videolarda küçələrdəki su axınları əks olunub.

İsrail dövlət mediasının məlumatına görə, Tehran küçələrində aparılan səsyazmalarda rejimi tənqid edənlərin “Diktator Xamneyiyə ölüm” şüarları səsləndirilir.

Eyni iddialara görə, bir çox insan Tehranı tərk etməyə çalışır. Paytaxtdan çıxışda böyük tıxaclar yaranıb. İranın sərhəd-keçid məntəqələrində də xeyli növbə yaranıb./Publika.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki