image-sucekmebackend

Suçəkmə işləri fasiləsiz davam etdirilir – FOTO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri gün ərzində fasiləsiz olaraq davam etdirilib.

Bu barədə Referans Media-ya FHN Mətbuat xidmətindən məlumat verilib.

Hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər, Suraxanı, Binəqədi, Qaradağ və Səbail rayonlarında, Abşeron, Siyəzən, Şabran, Xaçmaz rayonları və Bakı-Sumqayıt yolunda müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki