Sumqayıtda 40 yaşlı kişinin meyiti aşkarlandı

Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib.

Referans Media Teleqraf-a istinadla xəbər verir ki, şəhərin Corat bağları yaşayış massivində 40 yaşlı kişinin cansız bədəni aşkarlanıb.

Məlumata görə, meyiti tapılan şəxsin 1985-ci il təvəllüdlü Ağayev Niyaməddin Şirvanəli oğlu olduğu müəyyən edilib.

Hadisə yerinə polis əməkdaşları və aidiyyəti qurumların nümayəndələri cəlb olunublar. Meyit ekspertiza üçün təhvil verilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki