Referans Media xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.
Cennı Kip adlı qadının sözlərinə görə, xəstəliyin ilk və yeganə simptomu süni kirpiklərin altında gizləndiyi üçün diqqətdən kənarda qalıb.
Qadın problemi təsadüfən, kirpiklərini çıxardıqdan sonra aşkar edib. Yaxınları onun sağ gözünün sol gözündən xeyli böyük olduğunu fərq ediblər. Müayinədən keçən Kipə “meningioma” diaqnozu qoyulub.
O bildirib ki, xəstəlik müddətində heç bir əlavə simptom hiss etməyib. Onun ehtimalına görə, şiş kontraseptiv inyeksiyalar səbəbindən inkişaf etmiş ola bilər.
Hazırda qadının vəziyyəti stabildir və şişdə böyümə müşahidə olunmur./publika.az






















