Sürücülərin diqqətinə: Yay təkərləri üçün ideal zaman nə vaxtdır?

Avtomobilin yay təkərlərinə keçirilməsi küçədə temperatur 8 dərəcədən yuxarı olduqda mümkündür.

Referans Media xəbər verir ki, mütəxəssislər temperatur sabit şəkildə +8–10 dərəcə olarsa, həmçinin şaxta və buzlanma riski aradan qalxarsa, qış təkərlərini yay təkərləri ilə əvəz etməyi tövsiyə edirlər.

Ekspertlər yeni sürücülərə avtomobili yay təkərlərinə keçirməyə xüsusi diqqət yetirməyi tövsiyə edir. Çünki uyğun olmayan hava şəraitində qış təkərlərindən istifadə yol-nəqliyyat hadisəsinə səbəb ola bilər./lent.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki