Taleh Quliyev vəzifəsindən AYRILDI

Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri – qurumun mətbuat katibi Taleh Quliyev tutduğu vəzifəsindən ayrılıb.

Referans Media xəbər verir ki, o bu məlumatı “Modern.az”a açıqlamasında təsdiqləyib.

Qeyd edək ki, Taleh Quliyevin yaxın günlərdə dövlət qurumlarından birində yeni vəzifədə fəaliyyətə başlayacağı gözlənilir.

Xatırladaq ki, Taleh Quliyev 2024-cü il iyun ayında Şuranın Kommunikasiya sektorunun müdiri təyin edilib.

O, daha əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində və AZƏRTAC-da çalışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki