TƏCİLİ! Bu həftə baş tutacaq görüşdə Azərbaycan-Ermənistan arasında hansı sənəd imzalanacaq? backend

TƏCİLİ! Bu həftə baş tutacaq görüşdə Azərbaycan-Ermənistan arasında hansı sənəd imzalanacaq? 

“Azərbaycan
və Ermənistan arasında olan münasibətlərin düzəlməsi, yəni sülh müqaviləsinin
imzalanması ilə bağlı müxtəlif formada danışıqlar prosesi gedirdi. Ən azından
Rusiya, Brüssel, Vaşinqton və s. variantlar var idi amma son olaraq Əbu-Dabidə
bu görüş keçirildi. Azərbaycan Prezidenti Qlobal Media Forumunda açıq şəkildə
bildirdi ki, Ermənistanla sülh müqaviləsinin bütün şərtləri razılaşdırılıb”.

 

Bu
sözləri Referans-a açıqlamasında hərbi ekspert, tanınmış jurnalist Səxavət Məmməd
deyib.

 

“Eyni
şəkildə Ermənistan tərəfindən də belə bir bəyanat verilmişdi. Sadəcə bu müqavilənin
harada və kimin vasitəsilə bağlanacağı məsələsi qalırdı. Burada əsas məsələ Zəngəzur
dəhlizinin açılması və Amerika şirkətinin oraya gələcəyi, orada nəzarəti ələ
alacağı ilə bağlı fikirlər və iddialar var. Bu fikirlərin artıq gücləndiyinin
şahidi oluruq. Ona görə də indiki mərhələdə Amerika variantının daha çox önə
çıxdığını və ümumiyyətlə, ABŞ-da belə bir görüşün olma ehtimalını deyə bilərik.
Amma sülh müqaviləsi, çərçivə sazişi, niyyət protokulu imzalanacaq? Bunu hələ
ki, indidən demək asan deyil. Sülh müqaviləsinin bağlanması ehtimalı yüksək
deyil. Çünki müqavilə bağlanarsa, düşünürəm ki, regionda bir qədər problemlər
yaranacaq. Çox güman ki, bu problemləri Rusiya tərəfi yaradacaq. Rusiya tərəfi
nəinki sülh müqaviləsinin bağlanmasına, Zəngəzur dəhlizi ilə bağlı məsələlərə də
qarşı olduğunun açıq şahidi oluruq. Rusiya tərəfi yəqin ki, 102-ci hərbi bazanı
durduq yerə gücləndirmir. Amerika və Ermənistan arasında hərbi təlimlər gedir və
bir gərginliyin olduğunu müşahidə edirik”.

 

Ekspert
qeyd edib ki, müharibədən və antiterror əməliyyatından sonrakı bütün gərginliklərin
heç biri Azərbaycan və Ermənistandan qaynaqlanmır. Qaynaq mənbəyi, əsasən, Avropa
İttifaqı, Fransa, ABŞ və ya Rusiya olur.

 

“Bu
proseslə məsələnin həllini tapıb-tapmayacağını demək də hələ ki çətindir. Çünki
həqiqətən də, burada maraqları olan insanlar çoxdur. Hazırda bu proseslər əsnasında
Rusiya və İranın necə yanaşacağı, necə reaksiya verəcəkləri də məlum deyil.
Buna görə də, hesab edirəm ki, Azərbaycan və Ermənistan tərəfi çalışır ki, bu məsələni
yekunlaşdıraraq qarşıdakı işlərə – layihələrə baxsınlar. Hər nə qədər Azərbaycan
və Ermənistan tərəflərinin niyyəti xoş olsa da, bu regionla bağlı niyyəti xoş
olmayan ölkələr də var. Ona görə də bu məsələnin qısa zamanda həll olacağı çox
da inandırıcı gəlmir”.

 

Fidan
Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki