TƏCİLİ! İçdiyimiz sular nə dərəcədə SAĞLIQLIDIR?backend

TƏCİLİ! İçdiyimiz sular nə dərəcədə SAĞLIQLIDIR?

Su olmadan yaşamağımız qeyri – mümkündür. Xüsusilə də bu isti havalarda suya olan ehtiyacımız ikiqat artır. Bəs mağazalarda satılan içməli suların keyfiyyəti nə dərəcədə normaldır?

Mövzuyla bağlı Qida Təhlükəsizliyi Hərakatının rəhbəri, Məhsəti Hüseynova REFERANS-ın suallarını cavablandırıb. Məhsəti Hüseynova bildirib ki, su insan orqanizmi üçün çox vacib maddələrdən hesab olunmaqla yanaşı eyni zamanda orqanizmin immun sisteminin güclənməsində və bütün bio kimyəvi proseslərin doğru şəkildə həyata keçməsində vacib rola malikdir. Demək olar ki, insanların qəbul etdiyi qidaların əksəriyyəti su ilə həzm olunur. Eyni zamanda da daxili orqanlarımız, orqanizmimizin özünündə çox hissəsini su təşkil etdiyindən gün ərzində müəyyən miqdarda su içilməlidir. Bu adətən hər kiloqram bədən çəkisinə görə 30 qram hesablanmaqla gündəlik orta miqdarı hesablamaq olar. Bu miqdar yalnız yay mövsümündə temperatur artdıqda, həddindən artıq çox tərpənməyə məruz qaldıqda və fiziki aktivliylə məşğul olduqda, idmanla məşğul olduqda bu miqdarı bir-iki stəkan şəklində artırmaq olar. 

Mütəxəssis onu da deyib ki, eyni zamanda suyu alarkən keyfiyyətli, mənşəyi bəlli olan yerdən almaq mütləqdir.  Xüsusilə də bu gün bir çox sular plastik qablarda olduğuna görə onların saxlanma şəraitini bilmək lazımdır. Çünki yay mövsümü temperatur yuxarı olduğundan günəş şüaları altında birbaşa qalmış sular plastik qabda olduğuna görə suyun tərkibindəki mikrohissəciklər suya aktivləşir. Belə olduğu halda isə su orqanizmə zərər verə bilər. Sularla bağlı mütəmadi olaraq aidiyyatı üzrə dövlət qurumu əhalinin sağlamlığının qayğısına qalmaq məqsədi ilə yoxlamalar və monitorinqlər aparırlar.

Müsahibimiz onu da vurğulayıb ki, mütəmadi olaraq aparılan monitorinq və yoxlamaların nəticəsində bir çox suların istər etiketlənməsində istərsə də tərkibində qanunauyğunsuzluq halları aşkarlanıb.  Bəzi satılan suların mənbəyinin göstərilmədiyi, bir çox hallarda mərkəzləşdirilmiş su sistemindən və artezian suallarından qablaşdırıldığı aşkar edilibş Bundan başqa məhsulun üzərində müxtəlif təbii mənbələr göstərilərək təbiət şəkillərindən istifadə edilərək etiketlər hazırlanıb. Lakin sonradan məlum olub ki, etiketdə yazılanlar heç bir həqiqəti əks etdirmir.  Ona görə də qanunvericiliyə zidd olan hallar aşkar olunduqda mütləq şəkildə tədbirlər görülür və görülməlidir.

“Hər ehtimala qarşı su alarkən mənşəyi bəlli olan,üzərində istehsalçı şirkət haqqında tam məlumatları yazılan, standartlara uyğun keyfiyyət sertfikartı qeyd edilən, istehsal tarixi və son istifadə tarixi əks olunan məhsulları almaqda fayda var. Bir çox hallarda satılan sulların müalicəvi və yaxud da mineral su kimi qeyd olunmasına baxmayaraq yenə də onu dəqiqləşdirmək alıcının haqqıdır.  Əgər yazılanlar həqiqəti əks etdirmirsə o zaman bu məhsullar riskli hesab edilir. Bu səbəbdən də onların satışı və istifadəsi yolverilməzdir”,-deyə mütəxəssis əlavə edib.

Ləman Xalıqova

Referans.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki