image-resize-4backend

Təcili İranı tərk edin – Tramp çağırış etdi

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın müttəfiq ölkələrinin vətəndaşlarının və nümayəndələrinin tez bir zamanda İran ərazisini tərk etməli olduğunu bildirib.

Bu bardə “RİA Novosti” məlumat yayıb.

Məlumata əsasən, Tramp bu çağırışı regionda artan gərginlik və təhlükəsizlik riskləri fonunda səsləndirib.

O, ABŞ administrasiyasının vəziyyəti diqqətlə izlədiyini və müttəfiqlərin təhlükəsizliyinin prioritet olduğunu vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Tramp ABŞ-nin ölkədəki nümayişlər fonunda İrana zərbələr endirə biləcəyini istisna etməyib.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki