backend

TƏCİLİ! Qonşu ölkədə tramvay xəttinin tikintisinə 408 milyon PUL AYRILDI…

Tbilisi şəhərində Böyük Diğomdan “Didube” metro stansiyasına qədər uzanacaq tramvay xəttinin tikintisi 2026-cı ilin sonuna qədər tamamlanmalıdır.

Referans.MEDİA Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə məlumat Tbilisi Bələdiyyəsinin 2026-cı il büdcəsinin ilkin versiyasında yer alıb. Sənədə əsasən, gələn il tramvay xəttinin və depo infrastrukturunun layihələndirilməsi və smeta sənədlərinin hazırlanmasına 30 milyon lari ayrılacaq. Layihə çərçivəsində 7,5 kilometrlik yeni tramvay xəttinin tikintisi planlaşdırılır. Marşrut üzərində 11 dayanacaq olacaq və xəttə 10 tramvay tərkibi xidmət göstərəcək.

Tikinti və montaj işləri Design-Build (DB) üsulu ilə həyata keçiriləcək. Büdcə layihəsinə görə, tramvay xəttinin inkişafına 2027-ci ildə 213,6 milyon lari, 2028-ci ildə isə 164,4 milyon lari xərclənəcək. Ümumi büdcə isə 408 milyon lari təşkil edir. Bələdiyyə qeyd edir ki, mövcud avtobus infrastrukturu Böyük Diğom sakinlərinin nəqliyyat ehtiyaclarını tam qarşılamır və pik saatlarında avtomobil yollarının yüklənməsi səbəbindən hərəkət çətinləşir.

Yeni tramvay xətti Böyük Diğomu metro ilə birləşdirərək sərnişinlərə sürətli, rahat və ekoloji təmiz nəqliyyat imkanı yaradacaq. Yeni xətt Böyük Diğominin 3-cü və 4-cü mikrorayonlarının birləşdiyi ərazidən başlayaraq David Ağaşenebeli prospekti və Diğomi massivindən keçəcək və “Didube” metro stansiyasının yaxınlığında başa çatacaq. Layihə çərçivəsində texniki nəzarət xidmətlərinin satın alınması da nəzərdə tutulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki