Sentyabrın 9-dan 10-na keçən gecə Rusiya ordusuna məxsus zərbə dronları Polşanın hava məkanını pozub. Hadisə ilə bağlı Polşa hərbi hava qüvvələri təhlükənin qarşısını almaq üçün aviasiyanı havaya qaldırıb, dörd aeroport bağlanıb. Əgər Rusiya ilə Polşa arasında gərginlik geniş miqyas alarsa müharibə başlaya bilərmi? Ümumiyyətlə Rusiyanın bu addımı nədən xəbər verir?

Mövzu ilə bağlı Ağ Partiya sədri Tural Abbaslı Referans-a açıqlamasına görə, Rusiya-Polşaya müharibə elan etmək istəyir. Əgər dronlar sərhədlərini keçibsə, çox böyük güman ki, Avropa Birliyinin, yəni Polşanıda özündə birləşdirdiyi Avropa Birliyinə və yaxud da NATO-ya bir mesajdır. Yəni bu bir növ Polşa vasitəsi ilə digər dövlətlərə də mesajdır. Rusiya onlara demək istəyir ki, müharibə sizdən uzaq deyil. Rusiya bununla bildirir ki, bizə qarşı cəbhəni daha da gərginləşdirsəniz biz də sizə qarşı açıq cəhbhə aça bilərik.
Partiya sədri hesab edir ki, bu təhdiddir və təhdiddən də o tərəfə getmir. Çünki Rusiya hazırda bütün Avropa və NATO-ya qarşı müharibə aça biləcək gücdə deyil. Çünki resursları tükənib. Birdən-birə bu qədər ölkəni qarşısına ala bilməz. Avropada əgər belə bir müharibə baş tutsa, Avropa özü çox şey itirəcək. Çünki uzun müddətli müharibə aparmayan, artıq ordusu təlimlərdən başqa bir peşəkar hərbiçi keyfiyyətlərini yüksəldəcək bir şəraiti olmayan bir Avropa. Yəni ancaq təlimlərdə məşq eləmiş ordu ilə illərdir müharibə aparan Rus ordusunun qarşı-qarşıya gəlməsində Avropaya böyük ziyanlar vura bilər.
Tural Abbaslı qeyd edib ki, bu mesaj idi və mənə belə gəlir ki, aidiyyəti qurumlar bu mesajı aldılar. İndiki halda Rusiya Polşaya yaxud da Avropa İttifaqına və NATO-nun üzvünə müharibə ilə etməz. Amma hər halda obrazlı desək Rusiya dişini göstərir. Rusiya bəzən belə hücumlarla, bəyanatlarla və ya nüvə silahıyla təhdidlər edir. Hazırda Rusiyanın başqa yolu yoxdur. Sanki bu fonda Rusiya küncə sıxışdırılmış bir heyvan kimi aqressivləşir. Yəni nə qədər dalana, küncə sıxışdırsalar Rusiya bir o qədər aqressivləşəcək və belə addımlar davam edəcək.
“Ona görə biz deyirik ki, Ukrayna və Rusiya arasında tez bir zamanda atəşkəs olmalıdır, sülh imzalanmalıdır. Bundan sonra atəşkəs olub artıq proseslər masa arxasında keçməlidir. Yəni müharibə uzanması digər dövlətləri də prosesə cəlb etmə təhlükəsini artırır”, – deyə partiya sədri qeyd edib.
Şahverdiyeva Elena
Referans























