image-taksi-yenibackend

Təcili! Yeraltı yol bağlandı — Taksilər bahalaşdı

Bakının yeraltı nəqliyyat sistemində qəfil yaranan nasazlıq minlərlə insanın planlarını alt-üst etdi və şəhərin hərəkət ritmini tamamilə dondurdu. “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə baş verən texniki problem sərnişinlərin təşvişinə səbəb olsa da, hər kəs vaxtında və təhlükəsiz şəkildə ərazidən uzaqlaşdırılıb.

Referans Media xəbər verir ki, metronun fəaliyyətinin tam dayanması paytaxtın yerüstü nəqliyyatında əsl xaos yaradıb.

Yeraltı yollar bağlanan kimi insanlar kütləvi şəkildə avtobus dayanacaqlarına axın ediblər. Hazırda dayanacaqlarda dözülməz sıxlıq müşahidə olunur. Yaranmış vəziyyətdən yararlanmağa çalışan taksi sürücüləri isə qiymətləri bir neçə dəfə artırıblar. “Bolt” və “Uber” kimi sifariş xidmətlərində də yüksək tələbə görə gediş haqqı kəskin bahalaşıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məsələ ilə bağlı açıqlama verərək qeyd edib ki, tuneldəki problemin aradan qaldırılması üçün bütün texniki heyət səfərbər olunub. “Hazırda problemin aradan qaldırılması üçün operativ işlər görülür” deyən qurum rəsmisi vəziyyətin nəzarət altında olduğunu vurğulayıb./Demokrat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki