image-kart10backend

“TəhsilPlus” kartı 450 min təhsil işçisinə veriləcək

TəhsilPlus kartı təhsilin bütün pillələri üzrə çalışan inzibati və pedaqoji heyəti əhatə edəcək.

 

Referans Media  xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” mövzusunda keçirilən tədbirdə deyib.

 

Onun sözlərinə görə, ümumilikdə 450 minə yaxın təhsil işçisi kartdan istifadə imkanı qazanacaq. O bildirib ki, təhsil işçiləri “Birbank” tətbiqi üzərindən TəhsilPlus kartından faydalana bilərlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki