Bir insan infarkt zamanı nə hiss edir? İnfarktın aşkar olmayan əlamətləri var?
Bu sualların cavabını amerikalı kardioloq Uilyam Uilson öz təcrübəsinə əsaslanaraq verib.
Uilson deyib ki, o, 63 yaşında infarkt keçirib. Hadisə baş verən gün arvadı ilə məşq edirmiş və qəfildən artan yüngül fiziki narahatlıq hiss edib. “Bu, sinəmdə diskomfort idi, amma kəskin deyildi. Bu, bıçaqlanmağa və ya başqa bir şeyə oxşamırdı, sadəcə olaraq narahat, sıxıcı bir hiss idi”, – deyə ürək həkimi deyib.
Digər əlamət, həkimin qeyd etdiyi kimi, təcili olaraq tualetə baş çəkmək istəyidir. Onun sözlərinə görə, bu simptom haqqında nadir hallarda danışılır, lakin kifayət qədər tez-tez baş verir. Kardioloq izah edib ki, ürəktutması zamanı sinir sisteminin güclü gərginliyi səbəbindən bağırsaqları və ya sidik kisəsini boşaltmaq üçün kəskin istək olur.
Uilson, rahat bir tempdə məşq etməsinə baxmayaraq tər içində boğulduğunu və daxilində sanki “çaxnaşma”ya bənzər əzablı bir hal hiss etdiyini deyib.
Həkim əlavə edib ki, infarkt xəstəsi üçün ən önəmlisi onun nə qədər tez tibbi yardım almasıdır, lakin bunu bilsə də, dərhal təcili yardım çağırmayıb, çünki baş verənlərə inanmaq istəməyib. Cəmi bir neçə dəqiqədən sonra Uilson həyat yoldaşına hər şeyi danışıb və o, həkimi tez xəstəxana aparıb.//publika.az