Tokayev Allahşükür Paşazadəni qəbul etdibackend

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

  Dünya və ənənəvi dinlərin liderlərinin VIII qurultayı çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

Referans xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Tokayev Qazaxıstan və Azərbaycanın dinlərarası dialoqun təşviqi və xalqlar və dövlətlər arasında etimadın möhkəmləndirilməsi məsələlərində oxşar mövqelərinin olduğunu vurğulayıb.

Qazaxıstan dövlət başçısı dinlərarası anlaşmanın və qarşılıqlı fəaliyyətin təşviqinin iki ölkə arasında uzunmüddətli tərəfdaşlıq üçün möhkəm təməl olacağına əminliyini ifadə edib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki