image-dem-qazi-esasbackend

Tovuzda dəm qazından zəhərlənən ailə üzvlərinin son durumu…

Bu gün saat 00:50 radələrində dəm qazı zəhərlənməsi şübhəsilə 4 nəfər (2-i kişi, 2-i qadın) Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Referans Media bildirir ki, bu barədə APA-nın yerli bürosuna Tovuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, onlara dəm qazı zəhərlənməsi diaqnozu təyin edilib.

Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

***

Tovuz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Referans Media bildirir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib.

Belə ki, 1955-ci il təvəllüdlü S. Həsənov, 1989-cu il təvəllüdlü E. Həsənov, 1960-cı il təvəllüdlü G. İbrahimova və A. Həsənova zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərə dərhal tibbi yardım göstərilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, zəhərlənən şəxslərdən S. Həsənov və A. Həsənova Bakı şəhərindən Tovuza qonaq gəliblərmiş.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki