Toy əvəzinə DƏFN ETDİLƏR – Qardaşını xilas etmək istədi, özü də… / VİDEObackend

Toy əvəzinə DƏFN ETDİLƏR – Qardaşını xilas etmək istədi, özü də… / VİDEO

Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində iki qardaş ‒ 26 yaşlı Orxan Abdıyev və 24 yaşlı Ramazan Abdıyev boğulub. Hər iki gəncin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Referans xəbər verir ki, qohumların sözlərinə görə, mərhum Orxan Abdıyevin payızda toyu olacaqmış.

“Böyük oğlumun Bakıda evi, hər şeyi hazır idi”,  – mərhumların atası İsrail Abdıyev söyləyib.

Gənclərin qohumları hadisəni belə şərh ediblər:

“Deyirlər ki, Ramazan suya düşüb. Orxan bir-iki dəfə çıxarmağa cəhd etsə də, kanalın kənarı sürüşkən olduğu üçün təzədən suya düşüblər və hər ikisi boğulub. Onlar hamıya can yandıran, qohum qədri bilən uşaqlar idi. Ailədə başqa uşaq olmadığına görə valideynləri üçün vəziyyət çox çətindir”.

Daha ətraflı videoda: 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki