image-yumurta2backend

Toyuq əti və yumurta bahalaşacaq?

Azərbaycan bazarında yumurta qiymətlərinin yaxın günlərdə artması ehtimal edilir.

Bunun əsas səbəbi qonşu ölkə, İranın bir sıra kənd təsərrüfatı məhsullarının, o cümlədən yumurtanın ixracını qadağan etməsidir.

İranın daxilində yaranan problemlər həmçinin Azərbaycana digər ölkələr vasitəsilə gətirilən məhsullara təsir göstərir və bazarda əlavə çətinliklər yaradır.

Qarşıdan bayramların gəlməsi ilə yumurtaya olan tələbatın artacağı gözlənilir, bu isə bazarda təklifin azalması ilə birləşərək qiymətlərin yüksəlməsi riskini artırır.

Referans Media  xəbər verir ki ,mövzu ilə bağlı “Cebheinfo.az”-a  açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, yerli yumurta istehsalımız təlabatı ödəyir:

“Son illərdə biz İrandan nə süfrə yumurtası, nə də damazlıq yumurta alırıq. Həmçinin bu ölkədən toyuq məhsulları da idxal edilmir. Ona görə də qeyd olunan məhsullar üzrə İrandan asılılığımız yoxdur.

Bu baxımdan, İranın ixracına qadağa qoyduğu yumurta və toyuq məhsulları ilə bağlı Azərbaycan bazarında hər hansı problem gözlənilmir. Yerli istehsal daxili tələbatı qarşılamaq səviyyəsindədir”.

O qeyd edib ki, qiymət artımı gözlənilmir:

“Bayram ərəfəsində yumurtanın qiymətində bahalaşma ehtimal edilmir. Eyni zamanda, toyuq məhsullarının qiymətində də artım proqnozlaşdırılmır. Yerli istehsalın kifayət qədər olması və idxal asılılığının minimum səviyyədə qalması bazarda sabitliyi qoruyur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki