ABŞ Prezident administrasiyasının Venesuela ilə bağlı Amerika neft şirkətləri ilə danışıqlara başladığı bildirilir.
Referans Media xəbər verir ki, Tramp daha əvvəl Venesuelaya qarşı həyata keçirilən hərbi müdaxilədən sonra dünyanın ən böyük neft ehtiyatlarına malik olan bu ölkənin neft sənayesinə “çox güclü şəkildə” daxil olacaqlarını bəyan etmişdi.
Ağ Evin yüksəkvəzifəli rəsmisi açıqlamasında şirkətlərlə yazışmaların başladığını və bu prosesin davam edəcəyini bildirib. ABŞ-li rəsmi danışıqlara Prezident Tramp adından Energetika naziri Kris Rayt və Dövlət katibi Marko Rubionun rəhbərlik edəcəyini qeyd edib.
Ağ Evin mətbuat katibi Karolin Levitt isə bildirib ki, “Prezident Trampın da vurğuladığı kimi, Venesueladakı yeni investisiyalar və imkanlarla bağlı Amerika neft şirkətləri ilə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”.
Xatırladaq ki, Prezident Tramp Venesuelaya qarşı hərbi müdaxilədən sonra dünyanın ən böyük neft ehtiyatlarına sahib olan ölkənin neft sənayesinə ABŞ-ın “çox güclü şəkildə” cəlb olunacağını açıqlamışdı.
Tramp demişdi: “ABŞ-ın iri neft şirkətlərini Venesuelada işə cəlb edəcəyik. Onlar milyardlarla dollar xərcləyərək neft infrastrukturunu bərpa edəcək və ölkə üçün gəlir əldə etməyə başlayacaqlar”.























