ABŞ Prezidenti Donald Tramp 26 yaşlı iranlı etirazçı Erfan Soltaninin edam olunmayacağı barədə xəbəri müsbət qarşılayıb.
Referans Media xəbər verir ki, Tramp bununla bağlı “Truth Social” hesabında bildirib.
“Yaxşı xəbərdir. Ümid edirəm ki, bu, davam edəcək”, – Tramp qeyd edib.
Xatırladaq ki, “Fox News” İranda etiraz aksiyaları zamanı həbs edilən Erfan Soltaninin Trampın xəbərdarlıqlarından sonra edam olunmayacağı ilə bağlı xəbər yayıb.
(apa)






















