Dünya liderləri Fransanın Evian-les-Bains qəsəbəsində keçirilən G7 sammitinin son günündə bir araya gəliblər. ABŞ Prezidenti Donald Tramp səhər sessiyasına bir saat gecikib.
Referans Media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron iclası açarkən liderlərə Trampın “bir azdan” gələcəyini bildirib.
İclasın keçirildiyi zala daxil olan Tramp dünya liderlərinə müraciətlə zarafatla deyib: “Şef mənəm”. Trampın bu zarafatından sonra zalda gülüş səsləri yüksəlib.
Daha sonra Tramp öz yerini tutub və jurnalistlərə müraciətlə, “İclasda iştirak etmək istəyirsiniz? Mənim üçün problem deyil”, – deyə bildirib.
Bundan sonra toplantı mətbuata qapalı şəkildə davam edib
