Tramp İranla bağlı konkret vaxt açıqladı: “Bu tarixdə dayandıracağıq”

Amerika Birləşmiş Ştatları İranla hərbi əməliyyatı iki-üç həftə ərzində dayandıracaq.

Referans Media  xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“Düşünürəm ki, biz iki-üç həftə ərzində çıxacağıq. Çünki bununla məşğul olmağımıza heç bir səbəb yoxdur”, – deyə Tramp İslam Respublikasına qarşı aparılan əməliyyatdan danışarkən vurğulayıb. Prezident həmçinin əlavə edib ki, ABŞ bu kampaniyanı Tehranın Vaşinqtonla razılaşma əldə edib-etməməsindən asılı olmayaraq yekunlaşdıracaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki