ABŞ Prezidenti Donald Tramp İranla bağlı mübahisəli fikirlərini açıqlayıb. O, mümkün rejim dəyişikliyi zamanı Şah Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin liderliyini ölkəsinin qəbul etməsi halında bunun onun üçün problem olmayacağını bildirib.
Referans Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün rejim dəyişikliyi və sürgündəki Reza Pəhləvi barədə açıqlama verib. Tramp Pəhləvini “çox yaxşı insana bənzəyən” şəxs kimi qiymətləndirib, lakin onun İranda lider kimi qəbul olunacağına əmin olmadığını bildirib: “Onun ölkəsində liderlik edəcəyinə dair fikrim yoxdur, amma xalq onu qəbul edərsə, bu mənim üçün problem olmaz”, – Tramp deyib.
Tramp həmçinin Ukrayna və Rusiya məsələlərinə toxunaraq, Vladimir Putinin barış razılaşmasına hazır olduğunu, Ukraynanın isə buna daha az hazır olduğunu vurğulayıb.
Reza Pəhləvi 1979-cu il inqilabından sonra ailəsi ilə ölkədən çıxmış və sürgündə yaşayan son şahın oğludur. ABŞ prezidentinin açıqlaması, İranın gələcək siyasi trayektoriyasına dair beynəlxalq diqqəti bir daha artırıb.





















