Tramp: İranla bir-iki gün ərzində razılaşma əldə ediləcək

İranla aparılan danışıqlar həlledici mərhələyə çatıb. Yaxın bir-iki gün ərzində tarixi saziş imzalana bilər.

Referans Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Axios” portalına müsahibəsində bildirib.

O, iranlı rəsmilərin saziş bağlamaq üçün olduqca istəkli olduqlarını deyib: “Düşünürəm ki, görüş bu həftəsonu baş tutacaq. Yaxın günlərdə razılaşma əldə edəcəyik”.

Tramp İslamabada səfərinin mümkünlüyünə “bəli” cavabını verib: “Biz hər şeyi həll edəcəyik. İranla sakit tempdə əməkdaşlığa başlayacağıq. Böyük texnika ilə qazıntı işlərinə başlayıb, uranın hamısını ABŞ-yə qaytaracağıq. Heç bir ödəniş etmədən”.//Teleqraf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki