Tramp ölümü ilə bağlı şayiələrə bir kəlmə ilə CAVAB VERDİ

  ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrdə onun ölümü ilə bağlı xəbərləri görmədiyini deyib və şayiələri “dəlilik” adlandırıb.

Referans xəbər verir ki, o , “C-SPAN” tərəfindən yayımlanan Ağ Evdə çıxışı zamanı şərhlər verib .

“Xeyr” deyən dövlət başçısı Oval kabinetdə jurnalistlərin onun ölümü ilə bağlı sosial şəbəkələrdə yazılanları görüb-görməməsi ilə bağlı sualına cavabında bildirib.

Amerika lideri həmçinin qeyd edib ki, o, bu cür şayiələri “dəlilik” hesab edir.

Sentyabrın 1-də Tramp səhhəti ilə bağlı yayılan şayiələrə ilk dəfə münasibət bildirib. “Truth Social” sosial şəbəkəsində ABŞ Prezidenti yazıb ki, həyatımda özünü heç vaxt yaxşı hiss etməyib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki