image-trabackend

Tramp Putin və Netanyahunu geridə qoydu – Nə baş verir?

İspanların əksəriyyəti dünyanın məhvə doğru getdiyini və ABŞ prezidenti Donald Trampın sülh üçün ən böyük təhdid olduğunu düşünür.

Referans Media xəbər verir ki, “40dB” sorğusunun nəticələri belə qənaətə gəlməyə əsas verir.

Məlumata görə, Tramp antipatiya reytinqində birinci yerdədir. O, hətta Rusiya prezidentini də geridə qoyub.

Respondentlərdən qlobal sülh üçün ən böyük təhdid yaradan liderləri seçmək istənilib. 81% Trampı, 79,3% Rusiya prezidenti Vladimir Putini, 71,2% İsrailin Baş naziri Benyamin Netanyahunu seçib. Kim Çen In və Si Cinpin də daxil olmaqla digər dünya liderləri bu “təhdidlər” siyahısında xeyli aşağı sıralarda yer alıblar.

Tədqiqata görə, respondentlərin üçdəikisi və ya daha çoxu ABŞ-ın Qrenlandiya və Kubada yeni hərbi əməliyyatlara başlayacağını gözləyir. Lakin NATO məsələsində birlik qalır. Belə ki, ispanların əksəriyyəti ittifaqdan çıxmaq istəmir.

Həyəcanverici xəbərlər fonunda İspaniya vətəndaşları öz dəyərlərini müdafiə etməyə hazır olduqlarını nümayiş etdirirlər. Ölkədə demokratiyanı müdafiə etmək üçün respondentlərin yarısı şəxsi riskə getməyə hazır olduğuu açıqlayıb. Yalnız 36%-i buna mənfi cavab verib.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki