“Mən son 6 ayda 5 müharibəni dayandırmışam və İranın nüvə qabiliyyətini məhv etmişik. Rusiya-Ukrayna məsələsinə gəlincə, birinci görüş yaxşı keçərsə, ikinci görüşü tez bir zamanda təşkil edəcəyik ‒ Putin, Zelenski və mən. Əgər onlar istəsələr, mən orada olacağam. Bu görüşdə bəlkə də real nəticələr əldə etmək olar”.
Referans xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp bildirib ki, birinci görüş sadəcə masanı quracaq, ikinci görüş isə daha əhəmiyyətli ola bilər:
“Lakin ikinci görüş yalnız ilk görüşdən əldə ediləcək cavablardan asılıdır. Əgər nəticələr qaneedici olmazsa, ikinci görüş keçirilməyə bilər”.
Prezident əlavə edib ki, avqustun 15-də Alyaskada keçiriləcək ABŞ-Rusiya sammitində Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair razılıq əldə olunmasa, Rusiya ciddi nəticələrlə üzləşəcək.
Daha ətraflı videoda:























