image-trump-ve-netanyahu-yu-cildirtacak-goruntu-19654465_4077_ampbackend

Tramp və Netanyahunu qəzəbləndirəcək GÖRÜNTÜ – PEZEŞKİAN MEYDANLARA ENDİ

ABŞ Prezidenti Donald Trump və İsrailin Baş naziri Benjamin Netanyahunun İranla bağlı sərt bəyanatları davam etdiyi bir vaxtda İran Prezidenti Məsud Pezeşkian Tehranda keçirilən “Qüds Günü” mitinqində iştirak edib.

Referans MEDİA Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ–İsrail və İran arasında gərginlik davam edərkən İranın paytaxtı Tehranda keçirilən “Qüds Günü” yürüşü zamanı partlayış baş verdiyi bildirilib.

İran dövlət televiziyasının məlumatına görə, partlayışdan sonra mitinq ərazisində müəyyən qarışıqlıq yaşanıb və təhlükəsizlik qüvvələri hadisə yerində araşdırmalara başlayıb.

İran xalqı hər il Fələstinə dəstək məqsədilə təşkil olunan “Qüds Günü” tədbirləri çərçivəsində Tehranda toplaşıb. Minlərlə insanın qatıldığı yürüşdə İranın yeni lideri kimi adı hallanan Müctəba Xameneinin də iştirak çağırışı etdiyi bildirilir.

Tehrandakı hadisələr fonunda ABŞ Prezidenti Donald Tramp Fox News kanalına müsahibəsində İranla bağlı sərt açıqlamalar verib.

O bildirib:
“İranı gələn həftə çox sərt şəkildə vuracağıq. Onlar qarşıdakı günlərdə ağır zərbə alacaqlar”.

Tramp həmçinin Hörmüz boğazı ilə bağlı da danışaraq, vəziyyətin diqqətlə izlənildiyini və lazım gələrsə gəmilərə müşayiət ediləcəyini qeyd edib.

İsrail tərəfindən edilən təxliyə çağırışlarına baxmayaraq, mitinq davam edib. İran Prezidenti Məsud Pezeşkianın da yürüşdə iştirak etdiyi və vətəndaşların arasında gəzdiyi müşahidə olunub.

O, küçədə insanlarla söhbət edib, foto çəkdirmək istəyənləri geri çevirməyib. Prezidentin ciddi mühafizə halqası olmadan xalqın arasında dolaşması da diqqət çəkən məqamlardan biri olub. Bildirilir ki, Pezeşkian uzun müddət mitinq ərazisində qalıb.

Mitinqdə iştirak edən İranın xarici işlər naziri Abbas Əraqçi də jurnalistlərə açıqlama verib.

Əraqçi bildirib ki, artıq neft qiymətlərində artım müşahidə olunur və bölgədə ABŞ və İsrailin siyasəti davam edərsə, qiymətlər daha da yüksələ bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki