ABŞ Prezidenti Donald Tramp Ermənistanla Azərbaycan arasında münaqişənin tezliklə uğurla həll olunacağını bildirib.
Publika.az xəbər verir ki, o bu barədə NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında danışıb.
“Azərbaycan və Ermənistan arasındakı danışıqların uğurlu nəticələnəcəyini hesab etmək olar”, – ABŞ lideri deyib.
Trampın sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün səylər göstərib. Bu isə yaxşı nəticəyə gətirib çıxaracaq
Qeyd edək ki, Ağ Evin Oval kabinetində Donald Tramp və Mark Rutte arasında görüş başlayıb. Görüşdə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubio da iştirak edir. //publika.az