ABŞ Prezidenti Donald Tramp Ukraynaya dəstəyi davam etdirməyə və Rusiyaya qarşı təzyiqləri artırmağa hazır olduğunu bəyan edib. Bununla yanaşı, o, Avropa müttəfiqlərindən Hörmüz boğazının minalardan təmizlənməsi prosesində ABŞ-a yardım göstərmələrini istəyib.
Referans Media xəbər verir ki, bu barədə “Politico” nəşri G7 sammiti çərçivəsində keçirilən qapalı danışıqlardan məlumatlı mənbələrə istinadən xəbər verib.
Məlumata görə, “Böyük yeddilik” ölkələrinin liderləri Hörmüz boğazının təhlükəsizliyinin təmin olunmasına dəstək verməyə hazır olduqlarını bildiriblər. Lakin bunun üçün müəyyən şərtlərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Fransa Prezidenti Emmanuel Makronun sözlərinə görə, minalardan təmizləmə əməliyyatları yalnız
ABŞ-ın rəsmi müraciəti və prosesdə iştirak edən digər tərəflərin, xüsusilə İran və Omanın razılığı əsasında həyata keçirilə bilər.
Məsələ ilə bağlı yekun razılıq əldə olunmasa da, Almaniya Kansleri Fridrix Merz danışıqlardan sonra nikbin olduğunu ifadə edib.
“Politico” qeyd edir ki, sammitdən əvvəl Avropa liderləri Trampın Ukraynanı ərazi güzəştlərinə məcbur edə biləcəyindən narahat idilər. Bu narahatlıqlar onun Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığından sonra daha da artmışdı.
Bununla belə, Tramp gözlənilmədən ABŞ-nin Rusiyanın neft sektoruna qarşı sərt sanksiyaları yenidən tətbiq etməyə hazır olduğunu açıqlayıb.