Türkiyə bu xəbərlə oyandı: Bələdiyyəyə əməliyyat ölkə gündəmini silkələdi

Gözəlbaxça Bələdiyyəsinə keçirilən əməliyyat Türkiyə gündəmində böyük rezonans doğurub.

Referans Media xəbər verir ki, İzmir Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində aralarında Mustafa Günayın da olduğu 7 nəfər barəsində saxlanılma qərarı verilib.

Əməliyyat səhər saatlarında həyata keçirilib. Saxlanılan şəxslər arasında Mustafa Günayın həyat yoldaşı Nermin Günay, keçmiş bələdiyyə sədri Özdem Mustafa İnce, Bələdiyyə Məclisinin üzvləri və digər vəzifəli şəxslər də yer alıb.

Məlumata görə, istintaq “cinayət təşkilatı yaratma”, “rüşvət”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Tikinti Qanununa zidd hərəkətlər” maddələri üzrə aparılır.

Saxlanılanların İzmir Jandarma Komandanlığına aparıldığı, hazırda isə əlavə sübutların toplanması istiqamətində əməliyyat-istintaq tədbirlərinin davam etdiyi bildirilir.

Qeyd edək ki, Mustafa Günay 2024-cü il yerli seçkilərində Cümhuriyyət Xalk Partiyasından namizəd olaraq Gözəlbaxça bələdiyyə sədri seçilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki