Türkiyənin Milli Müdafiə Nazirliyi Gürcüstanda baş verən hava qəzasının səbəbləri və şəraitinin araşdırılması başa çatana qədər “C-130” hərbi-nəqliyyat təyyarələrinin uçuşlarını dayandırıb.
Referans.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyə Müdafiə Nazirliyi məlumat verib.
““C-130” tipli təyyarələrimiz noyabrın 12-dən etibarən ehtiyat tədbiri olaraq uçuşlarını dayandırıb. Bütün texniki baxışlar və yoxlamalar başa çatdıqdan sonra yoxlamalardan keçmiş təyyarələrin uçuşları bərpa olunacaq”, – deyə Nazirliyin məlumatında qeyd olunur.
