Şırnakın Beytüşşebap rayonunda yağan intensiv qar gündəlik həyata mənfi təsir edib. Bəzi ərazilərdə qarın qalınlığı 1 metri keçib, nəticədə 3 yaşayış məntəqəsinə nəqliyyatın hərəkəti dayandırılıb.
Referans Media xəbər verir ki, rayonun yüksək dağlıq ərazilərində təsirli olan qar səbəbindən Tuzluca və Kerkül kəndləri, eləcə də Kureyş bölgəsi yolların bağlanması ilə üzləşib. Qarın qalınlığının yer-yer 1 metrdən çox olduğu bildirilir.
Bağlanan yolların yenidən istifadəyə verilməsi üçün təmizləmə işlərinə başlanılıb.
Qar təmizləyən texnikaların köməyi ilə yol üzərində toplanan qar kütlələri aradan qaldırılır, yolların ən qısa zamanda nəqliyyata açılması istiqamətində işlər davam etdirilir.
