Musiqili və rəqsli dondurma şouları ilə tanınan “Çılğın dondurmacı” ləqəbli şəxsin Bakıda çəkdirdiyi görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Referans Media axşam.az-a istinadən xəbər verir ki, Antalyadakı mağazasının sökülməsindən sonra Dubaya, daha sonra isə Bakıya köçən Mehmet Dinçin qızlarla rəqsi haqda türk mediası da məqalə yazıb. Türkiyəli dondurma satıcısının paytaxtın mərkəzində qadınlarla videosu sosial şəbəkələrdə tez-tez paylaşılır və tənqid edilir.
Məqalədə qeyd olunub ki, görüntülərə münasibət bildirən bəzi istifadəçilər nümayişin Bakının mərkəzində keçirilməsini və şounun formatını tənqid ediblər.
Sosial şəbəkələrdə yayılan paylaşımlarda bəzi istifadəçilər bu cür görüntülərin yerli adət-ənənələrə və ictimai davranış normalarına uyğun olmadığını yazıblar.
Digər istifadəçilər isə baş verənlərin sadəcə əyləncə və reklam məqsədli küçə şousu olduğunu bildirərək tənqidlərin əsassız olduğunu vurğulayıblar.
Qeyd edək ki, son günlər Azərbaycanda da sosial şəbəkədlərdə bununla bağlı videolara etirazlar artıb.
