Türkiyədə 110 İŞİD üzvü saxlanıldı

Türkiyə İŞİD ilə əlaqəsi olan 110 şübhəlini saxlayıb.
 

Referans Media TRT Haber-ə istinadən məlumat verir ki, reydlər ölkənin üç əyalətində keçirilib.
 

Bütün saxlanılanlar dindirilmək üçün aparılıb.
 

Axtarışlar zamanı təhlükəsizlik qüvvələri 4 tüfəng, 90 patron, rəqəmsal materiallar və çoxlu sayda qadağan olunmuş çap materialları və İŞİD-in təşkilati sənədlərini aşkar edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki