Türkiyədə mədən çökdü -5 işçi dağıntılar altında qalıb

  Türkiyədə kömür mədəni çöküb, dağıntılar altında qalanlar var.

Referans.az Türkiyə KİV- nə istinad edərək xəbər verir ki, hadisə Zonquldağ vilayətində baş verib.

İlkin məlumata görə, hadisə zamanı 5 işçi dağıntılar altında qalıb. Onlardan 3-ü artıq xilas edilib, 2 işçinin taleyi üçün xilasetmə işləri davam edir.

Hadisə yerinə çoxsaylı xilasedici və təcili yardım briqadaları göndərilib.

İşçilərin vəziyyəti barədə dəqiq məlumat hələ açıqlanmayıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki