Türkiyədə MOSSAD üzvü belə saxlanıldı

  Milli Kəşfiyyat Təşkilatı (MİT), İstanbul Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin birgə əməliyyatı nəticəsində İsrail kəşfiyyat təşkilatı Mossad üçün fəaliyyət göstərən Serkan Çiçək yaxalanıb.

Referans xəbər verir ki, MİT-in məlumatına görə, Çiçək Mossad-ın Onlayn Əməliyyatlar Mərkəzinin üzvü Faysal Rasheed ilə əlaqədə olub. O, Rasheed-in göstərişi ilə İsrailin Yaxın Şərq siyasətlərinə qarşı çıxan bir fələstinli fəalı 4 min dollar qarşılığında izlədiyini etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, Serkan Çiçəyin əsl adı Muhammet Fatih Keleşdir. O, iş həyatında çoxlu borc topladıqdan sonra adını dəyişərək 2020-ci ildə “Pandora Əməliyyat Agentliyi” adlı detektiv şirkəti qurub. 

MİT-in araşdırmaları nəticəsində Serkan Çiçəyin Mossad üçün casusluq etdiyi sübuta yetirilib və o, keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki