image-nm5backend

Türkiyəli aktrisalara narkotik əməliyyatı – 5 nəfər saxlanıldı

İstanbulda məşhurları hədəf alan yeni narkotik əməliyyatı çərçivəsində ən azı 5 nəfər saxlanılıb.

Referans Media  xəbər verir ki, saxlanılanlar arasında aktrisalar Çağla Boz, Melis Sabah, Melisa Şahin, Emre Yalçın, Ahmet Şaşmaz və Nazlıcan Taşkın var.

Bozun evində aparılan axtarış zamanı 11 sintetik narkotik həb müsadirə edilib.

Qeyd edək ki, istintaqın əvvəlki mərhələsində isə keçmiş futbolçu Ümit Karan və digər 17 nəfər polis bölməsindəki prosedurları tamamladıqdan sonra məhkəməyə göndərilmişdi. Yeni əməliyyat dalğası nəticəsində saxlanılan şəxslər də İstanbul Vilayət Polis İdarəsində hüquqi prosedurlar və sağlamlıq yoxlamalarından keçdikdən sonra məhkəməyə təqdim edilib.

Əməliyyat çərçivəsində istintaq davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki