image-buz-turkiyebackend

Türkiyəyə qış geri qayıtdı: Termometrlər mənfi 18 dərəcəni göstərdi, 3 metr uzunluğunda…

Bahar fəslinin təsirini göstərdiyi bir vaxtda Türkiyənin müxtəlif bölgələrində gözlənilməz soyuq hava dalğası müşahidə olunur.

Vanın Başkale rayonunda hava şəraiti əhalinin həyatını çətinləşdirib. Gecə saatlarında termometrlər mənfi 18 dərəcəni göstərib və soyuqdan çaylar donub, binaların damlarında isə təxminən 3 metr uzunluğunda buz əmələ gəlib.

Referans Media xəbər verir ki, rayonda əvvəlcə qar yağışı müşahidə olunub, ardından temperatur kəskin enərək həyatın çətinləşməsinə səbəb olub. Yüksək ərazilərdə qarın qalınlığı 1,5 metrə çatıb.

Soyuq hava səbəbindən avtomobillər işə düşməyib, binaların damları və tavanlarında isə nəhəng buz əmələ gəlmələri yaranıb. Rayon sakinlərindən Ferit Mamedi bildirib ki, “Mart ayındayıq, yazı gözləyərkən qış geri döndü. Dondurucu soyuqlar səbəbindən damlarda buz əmələ gəlib. Dünən gecə termometrlər mənfi 18 dərəcəni göstərdi və soyuqdan evdən çıxmaq mümkün deyil.”

Başkale Bələdiyyəsi isə şəhər mərkəzində qar təmizləmə işlərini davam etdirir. Toplanmış qar yığınları yük maşınları ilə rayonun kənarına daşınır və yolların açılması üçün hərtərəfli tədbirlər görülür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki