backend

Ucarda canavarlar kəndə hücum etdi

Ucarda vəhşi heyvanlar kəndə hücum edib.

Referans Media  xəbər verir ki, hadisə gündüz saatlarında rayonun Alpout kəndində baş verib. Kənd sakini Şamil Hüseynovun fərdi təsərrüfatına sürü halında hücum edən canavarlar 6 baş qoyunu parçalayıb.

Ev sahibinin dediyinə görə, ona təxminən 2500 manat maddi ziyan dəyib.

Sakinlər bu cür halların son vaxtlar tez-tez baş verdiyini, qarşısını ala bilmədiklərini bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki