Ukrayna müharibəsində daha bir azərbaycanlı itkin düşdü

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində itkin düşüb.

Referans Media xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov sosial şəbəkədə məlumat yayıb.

Məlumata görə, Tamerlan Rəhman oğlu Qocayev 2025-ci ilin sentyabrında Başqırdıstanda həbs edilib və müharibəyə gedəcəyi halda həbsdən azad olunacağı ilə bağlı müqavilə imzalayıb.

Bildirilib ki, Tamerlan müharibəyə gedəndən bir müddət sonra əlaqə itib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki