Ukrayna ordusunda döyüşən azərbaycanlı həlak oldu – FOTO

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Referans Media xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev məlumat yayıb.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əsgəri Ruslan Vaqif oğlu Muradov döyüşdə həlak olub.

1987-ci il təvəllüdlü Ruslan sabah doğulub böyüdüyü Pyatixatsk rayonunun Jovte kəndində dəfn ediləcək.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki