Ukraynaya 200-dən çox PUA ilə hücum edildi

Volodimir Zelenski bildirib ki, 3 günlük müvəqqəti atəşkəs başa çatdıqdan sonra Rusiya yenidən Ukrayna ərazisinə hava hücumları həyata keçirib.

Zelenskinin sözlərinə görə, Rusiya gecə saatlarında Ukraynaya 200-dən çox PUA ilə hücum edib, cəbhə xəttinə isə 80-dən çox hava bombası atılıb. Hücumlar nəticəsində Kiyev, Xarkov, Sumı və digər bölgələrdə enerji obyektləri, yaşayış binaları, uşaq bağçası və qatar lokomotivi zərər görüb. Ölən və yaralananların olduğu bildirilib.

Ukrayna Hərbi Hava Qüvvələri isə Rusiyanın ümumilikdə 216 pilotsuz uçuş aparatı ilə hücum etdiyini, onlardan 192-nin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.

Qeyd edək ki, daha əvvəl Vladimir Putin və Donald Trumpin təşəbbüsü ilə 9-11 may tarixlərini əhatə edən müvəqqəti atəşkəs elan olunmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki