Üç ay əvvəl evində infarkt keçirən və ürəyi 20 dəqiqə dayanan Türkiyənin məşhur müğənnisi Fatih Ürekdən xəbər var.
Referans Media xəbər verir ki, sənətçinin prodüsseri Mert Siliv onun sağlıq durumu barədə danışıb. Prodüsseri deyib ki, oktyabr ayından bəri Fatih Ürekin səhətində hər hansı irəliləyiş qeydə alınmayıb.
“Üç aydan çoxdur həkim nəzarətindədir. Bu müddət ərzində heç barmağını da tərpətməyib. Çəkisində ciddi azalma müşahidə olunur. Xeyli arıqlayıb. Amma həkimlər bunun normal olduğunu deyirlər. Müğənninin səhəti ağır stabil olaraq qalır. Günləri sayırıq. Səhhətində müsbət sağlıq irəliləyiş olması üçün hər gün dua edirik”, – Mert Siliv deyib.






















