backend

VACİB XƏBƏR! Tehran-Bakı münasibətlərində MÜSBƏT ADDIM

Enişli-yoxuşlu yollardan keçən Tehran-Bakı münasibətləri yenidən mühüm transformasiya ərəfəsindədir.

İran Xarici işlər naziri Abbas Əraqçinin Azərbaycan Respublikasına səfəri iki ölkə arasında münasibətlərin möhkəmlənməsi üçün böyük addım hesab olunur. Qonşularla münasibətlərin möhkəmləndirilməsi kontekstində Əraqçi Bakıda qarşı tərəf tərəfindən hörmətlə və səmimi qarşılanmış, onun Prezident, Milli Məclisin sədri, Baş nazirin müavini, Birgə İqtisadi Komissiyanın sədri, eləcə də xarici işlər naziri ilə görüşləri və danışıqları iki ölkənin siyasi iradəsini irəli sürməkdə birgə siyasi iradəni nümayiş etdirib.

İran Prezidenti Məsud Pezeşkiyanın Bakıya səfəri və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Tehrana səfərindən sonra baş tutan bu səfər bir tərəfdən 14-cü İran hökumətinin qonşularla dostluq əlaqələrini möhkəmləndirmək üçün güclü iradəsini göstərirsə, digər tərəfdən də Azərbaycan Respublikasının İran İslam Respublikası ilə yaxşı münasibətləri gücləndirmək qərarını simvolizə edir.

Uzun sərhədlərə və dərin dostluq tarixinə malik iki qonşu ölkə mehriban qonşuluğa riayət etməyə və münasibətləri inkişaf etdirməyə borcludur və dostluq münasibətlərini müsbət və konstruktiv istiqamətdə davam etdirməlidir. Fakt budur ki, qonşular, xüsusən də İran və Azərbaycan Respublikası arasında birgə iqtisadi əməkdaşlığın davam etdirilməsi regionda sülhün və sabitliyin möhkəmlənməsinə kömək edə, Xəzər dənizi və Qafqaz regionunda strateji əlaqələrin inkişafına imkan yarada bilər. İran və Azərbaycan Respublikası nəqliyyat, enerji, ticarət, turizm, bank əməkdaşlığı, sərhəd əməkdaşlığı, eləcə də terrorizm kimi yeni yaranan təhlükəsizlik təhdidləri və çağırışlarına qarşı koordinasiya və transmilli mütəşəkkil cinayətkarlıq və narkotik ticarəti ilə mübarizədə daha sıx qarşılıqlı fəaliyyətə hazır olmaq sahələrində bir-biri üçün yaxşı tərəfdaş ola bilər. 14-cü İran hökuməti xarici siyasət sahəsində “praqmatizm” şüarını düzgün seçib və buna uyğun olaraq, qonşularla ikitərəfli və çoxtərəfli əməkdaşlıq prosesində hər hansı irəliləyişi ölkələrin rəsmiləri arasında yazılı razılaşmaların və şifahi anlaşmaların həyata keçirilməsindən asılı hesab edir. Tehran və Bakı həm də ümumi cəhətlərə əsaslanan müsbət sinerji fonunda və qarşılıqlı etimad mühitində praqmatik yanaşmalar tətbiq etməklə öz iqtisadi maraqlarını təmin edə bilərlər.

Rəşt-Astara dəmir yolunun tikintisi, Ağbənd-Kələlah körpüsünün tikintisi, sərnişindaşıma üçün sərhədlərin açılması, gömrük-tarif maneələrinin aradan qaldırılması, turizm əlaqələrinin genişləndirilməsi, Xəzər dənizində müştərək neft yatağının istismarı üçün həll yollarının tapılması və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması üçün əməkdaşlıq hər iki tərəfin maraq dairəsindədir. Əraqçının səfəri və onların davamı iki ölkə hakimiyyətinin gündəmində olmalıdır.

İki ölkə arasında mövcud olan yaxşı münasibətlər və sıx əməkdaşlıq üçün unikal imkanlar bu səfərlə bağlı ictimai gözləntiləri artırıb və gözlənilir ki, iştirakçı tərəflər gələcəkdə daha geniş çoxtərəfli əməkdaşlığın davam etdirilməsi üçün məntiqi və hüquqi əsas yarada biləcəklər.

Bütövlükdə, İranın xarici işlər nazirinin Bakıya səfəri ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmlənməsinə səbəb ola biləcək və hökumətin praqmatik diplomatiyasının uğurunu simvollaşdıra biləcək mühüm fürsət və böyük addımdır. Eyni zamanda, sionist rejimin bu əlaqələri məhv etmək və zəiflətmək siyasətini nəzərə alaraq, iki ölkə arasında dostluq əlaqələrinin qayğısına qalmaq hər iki tərəfin gündəmində olmalı, davamlı məlumat yaymaq və şəffaflıq yolu ilə yalan xəbərlər və yalan şayiələr zərərsizləşdirilməlidir.

İran mediasının Mehr xəbər agentliyindən tərcümə etdi: Bünyamin Bünyadzadə

Referans Media

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki