Əməkdar artist Vahid Əliyev süni tənəffüs aparatından ayrılıb
“Əməkdar artist Vahid Əliyev bir aydır özəl klinikada müalicə alır. Hazırda vəziyyəti nisbətən stabilləşib və aparatdan ayrılıb”.
Bu barədə KONKRET.az-a açıqlamasında sənətkarın həyat yoldaşı Tamilla Əliyeva məlumat verib:
“Artıq yavaş-yavaş aparatdan ayrılıb, yemək yeməyə başlayıb.”, – deyə T. Əliyeva bildirib.
Qeyd edək ki, Uzun müddət qida qəbul etməyən sənətçi süni tənəffüs aparatına qoşulmuşdu.