Van və Antalyada zəlzələ BAŞ VERDİ

AFAD, saat 22:17-də Vanın Tuşba rayonunda 4,6 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb. Vanda baş verən zəlzələdən sonra bu gecə saat 03:31-də Antalyanın Konyaaltı rayonunda daha 4,3 bal gücündə təkan qeydə alınıb.

Referans Media xəbər verir ki, Van və Antalyadan qorxulu zəlzələ xəbərləri gəldi.

AFAD (Fəlakət və Fövqəladə Hallar Rəhbərliyi) Vanın Tuşba rayonunda 4,6 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb. Zəlzələ 6,11 kilometr dərinlikdə qeydə alınıb. İlkin məlumatlara görə, heç bir dağıntı qeydə alınmayıb.

Bölgədə qısamüddətli çaxnaşmaya səbəb olan zəlzələ ilə bağlı tələfat və maddi ziyan barədə məlumat verilmir. AFAD hadisələri izlədiyini bildirib.

Antalyanın Konyaaltı rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.

AFAD-ın paylaşdığı məlumata görə, Antalyanın Konyaaltı rayonunda saat 03:31-də 4,3 bal gücündə zəlzələ baş verib, mərkəzi Konyaaltıda olan zəlzələnin dərinliyi 20,75 kilometr olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki